“Müstəqil
Azərbaycan” elektron resursu yenilənib
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin
Prezident Kitabxanasının
əməkdaşları son 25 ildə Azərbaycanın keçdiyi yolu işıqlandıran elektron
resursu yeniləyərək
istifadəçilərin ixtiyarına
təqdim edib.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilən “Müstəqil Azərbaycan”
adlı elektron resurs 8 fəsildən ibarətdir. “Sosial-iqtisadi
inkişaf” adlı fəsildə müstəqillik
illərində ölkəmizdə
bu sahədə görülən işlərə
aid analitik materiallar “Sənaye”, “Kənd təsərrüfatı”, “Neft
strategiyası”, “Regionların
sosial-iqtisadi inkişafı”,
“Təhsil”, “Mədəniyyət”,
“Turizm” və s. başlıqlar altında verilib.
“Tədbirlər” adlı fəsildə
Azərbaycanın dövlət müstəqilliyinin
ildönümləri ilə bağlı xarici
ölkələrdə keçirilən tədbirlərə və
beynəlxalq konfranslara aid
materiallar öz əksini
tapıb. “Fotoqalereya” bölməsi
müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu fotoların dili ilə
özündə əks etdirir.
Mədəniyyət.- 2017.- 6 yanvar.-
S.2.