“Dönərsə sənindir”
Nizami Kino Mərkəzində
türk filminin qala-gecəsi
Yanvarın 5-də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Dönərsə sənindir” adlı filmin qala-gecəsi keçirilib. “Af Media” şirkəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən qala-gecədə Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz da iştirak edib.
Rejissor
Erol Özlevin romantik komediya janrında
ekranlaşdırdığı film TAFF
studiyasında istehsal olunub.
Ekran əsərinin qala-gecəsində, həmçinin
filmin baş qəhrəmanları
- tanınmış aktrisalar Yasemin Allen ve
İrem Sak da iştirak edib. Xronometrajı 1 saat 50
dəqiqə olan film
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.2.