Milli lad sistemi gənc musiqiçilərin
tədris repertuarında
Növbəti respublika festivalı keçiriləcək
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası tərəfindən
10-17 aprel 2017-ci il tarixində “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris
repertuarında” adlı
II Respublika festivalı
keçiriləcək. Festivalın
dörd nominasiya -
“Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə
keçirilməsi nəzərdə
tutulur.
Layihənin məqsədi
böyüməkdə olan nəslin mənəvi
simasının formalaşmasında mühüm
amil olan milli musiqi gen
yaddaşının dirçəldilməsi, milli
lad sisteminin Avropa alətlərində (fortepiano,
violin, vilonçel, nəfəs
və zərb alətləri) ifa edilməsi,
respublikanın musiqi və incəsənət
məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsidir.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.3.