İki ekran əsəri
Sofiya festivalında
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “4.1 Şəhər
motivləri” kinoalmanaxı
(“Qonşu qadın”, “Yuxarıda və aşağıda”, “Kədərim”
və “Dmitrov küçəsi 86” qısametrajlı
filmləri) və rejissor Mirbala Səlimlinin “Qırmızı
bağ” tammetrajlı bədii filmi yanvarın 12-dən 29-dək Bolqarıstan
paytaxtında keçiriləcək
“Sofia MENAR” Beynəlxalq film festivalına dəvət alıb.
Hər iki ekran əsəri festivalın “Fokus” proqramında nümayiş olunacaq.
Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi
Sofiya festivalı regionun
ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa
tamaşaçısına təqdim edir, yerli auditoriyanı islam
dünyasının audiovizual əsərləri
ilə tanış edir.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.3.