Xalça Muzeyində keçə sənətinə
həsr olunmuş mühazirə
Yanvarın 7-də Azərbaycan Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ustad dərslərində rəssamın “Keçə sənətinin tarixi” adlı mühazirəsi dinləniləcək.
Azərbaycan
dilində təqdim olunacaq mühazirədə
keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri,
hazırlanma texnologiyası və keçələrin məişətdəki
əhəmiyyətindən danışılacaq.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.4.