Opera və
Balet Teatrında “Traviata”
Ukraynalı və azərbaycanlı solistlərin ifasında
Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, tamaşada əsas rolları ifa etmək üçün Ukrayna Milli Operasının
solistləri - bu ölkənin Xalq artisti Olqa Naqornaya
(Violetta) və Əməkdar artist Dmitri Kuzmin
(Alfred) dəvət edilib.
Tamaşada
həmçinin Azərbaycan Dövlət Akademik
Opera və Balet
Teatrının aparıcı solistləri - Xalq
artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov
(Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.
Dirijor beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevdir.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.4.