Əməkdar artist “Fəxri
mədəniyyət işçisi” döş nişanına layiq
görülüb
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva mədəniyyətimizin təbliği sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev döş nişanını Kövkəb Əliyevaya təqdim edib, ona yaradıcılığında uğurlar arzulayıb.
Gənc soydaşlarımıza Azərbaycanın rəqs sənətini öyrətdiyinə görə qürur hissi duyduğunu söyləyən K.Əliyeva xaricdə yaşayan həmvətənlərimizə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Qeyd
edək ki, 80 yaşının tamam olmasına baxmayaraq, bu gün də
K.Əliyeva xalqımızın zəngin mədəniyyətini
təbliğ edir. Onun
fəaliyyəti Özbəkistan dövləti tərəfindən
də yüksək qiymətləndirilib, dəfələrlə
müxtəlif mükafatlara layiq görülüb.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.7.