“Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabı çapdan çıxıb.
Muzeydən bildiriblər ki, kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunub.
Həmçinin nəşrdə həmin dövrün ərəbdilli qaynaqlarından Azərbaycana dair məlumatların şərhlərlə tərcüməsi verilib, ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılıb. Əsərdə Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətinin münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilib.
Kitab
tarixçilər və şərqşünaslar, eləcə
də Azərbaycanın erkən orta əsrlər
dövrü tarixi və
tarixi coğrafiyası ilə maraqlananlar üçün
nəzərdə tutulub.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.10.