Azərbaycan Turizm və
Menecment Universitetinə
yeni prorektor təyinatı
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə
(ATMU) yeni prorektor təyin edilib.
Mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva
yeni təyin edilmiş inkişaf məsələləri üzrə
prorektor İranə Əliyevanı ATMU-nun kollektivinə
təqdim edib.
Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan
Dövlət Universitetini bitirib.
Hazırkı təyinatadək Bakı Slavyan
Universitetində kafedra müdiri
işləyib. Uzun illər ölkəşünaslıq
və rus dili üzrə
pedaqoji və elmi-tədqiqat fəaliyyəti
ilə məşğul olmuş
İ.Əliyevanın 60-a yaxın elmi əsəri
nəşr olunub.
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.9.