Gəncədə Mirzə Şəfi Vazeh adına muzeypark yaradılır

 

   2017-ci ildə Gəncədə Mirzə Şəfi Vazeh adına muzeypark istifadəyə veriləcək. Səhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdiriləcək. Bu məqsədlə Gəncədə XIX əsr Azərbaycanının mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzeypark yaradılır. Muzeydə şairin bədii irsini əks etdirən, ona Avropada böyük şöhrət qazandıran əsərləri, Almaniya Milli Kitabxanasından ölkəmizə gətirilən əlyazmaların surətləri, eləcə də digər nadir eksponatlar nümayiş etdiriləcək

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 5.