“YARAT”da moda fotoqrafiyası ilə bağlı ustad dərsləri
“YARAT” Müasir İncəsənət Mərkəzində İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə ustad dərsləri təşkil olunub.
Fotoqraf ustad dərsləri çərçivəsində moda fotoqrafiyası və aspektləri haqqında danışaraq dünyanın ən əla brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşüb. Mühazirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd
edək ki, bir sıra
məşhur şəxslərin portretini
çəkməklə populyarlıq qazanan
fotoqraf hazırda dünyanın ən
tanınmış moda brendləri ilə əməkdaşlıq
edir.
Mədəniyyət.-2017.- 6 yanvar.- S. 6.