Sərbəst elektron resurslar milli rəqəmsal yaddaş

 

   Mərkəzi Elmi Kitabxanada ötən ilin yekunları müzakirə olunub

  

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına həsr olunmuşSərbəst elektron resurslar milli rəqəmsal yaddaşmövzusunda tədbir keçirilib.

   Kitabxananın direktoru Leyla İmanova ötən il əldə olunan mühüm nailiyyətlərdən söz açıb, 2016-2019-cu illər üçün müəyyən edilmiş strateji hədəflərdən danışıb. Bildirib ki, bu hədəflər əsasən Vahid İdarəetmə Sistemi platformasının bütün komponentlərinin tam hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaşın qeydiyyatı, rəqəmsallaşdırma qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsindən ibarətdir.

   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2016-cı ildə MEK-in xarici ölkələrin elmi kitabxanaları ilə əlaqələrini, Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması fondların nizamlanması sahəsində görülən işləri, eləcə kitabxananın elmi-ideoloji tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli layihələrini yüksək dəyərləndirib. Akademik peşəkar mütəxəssislərin MEK heyətində yer almasını, “Vikipediyakomandasının əldə etdiyi uğurları diqqətə çatdırıb.

   Tədbirdə mövzu ilə bağlı təqdimat olub. Sonda L.İmanovaya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin - Ombudsmanın adından fəxri fərman xatirə medalı təqdim edilib.

  

   Lalə

  Mədəniyyət.-2017.- 6 yanvar.- S. 11.