Bakıda növbəti poeziya festivalı təşkil olunacaq
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin (BTƏƏM) yeni ofisinin açılışı
olub.
Mərkəzin direktoru Səlim
Babullaoğlu bu işlərin reallaşmasında,
redaktoru olduğu “Dünya ədəbiyyatı”
jurnalının yeni nömrələrinin hazırlanmasında
əməyi olan hər kəsə minnətdarlığını bildirib və yeni layihələr haqqında söhbət açıb.
Mərkəzin
“Dünya ədəbiyyatı”
jurnalının ötən
il iki
sayı çapdan çıxıb. “Rusiya” və “Oman” ədəbiyyatı dərgiləri
hazırlanaraq nəşr
edilib. Qarşıda
böyük planlar
var. Bakıda ikinci Beynəlxalq Poeziya Festivalının keçirilməsi
də nəzərdə
tutulur: “Yeni ofisimizin açılışı
işlərimizin sürətlənməsinə
təkan verəcək”.
Mərkəzin rəhbəri bildirib
ki, “525 kitab” seriyasından 27 kitab nəşr ediblər.
Tədbirdə çıxış edənlər mərkəzin
kollektivini təbrik edib, onlara işlərində
uğurlar arzulayıblar.
Mədəniyyət.-2017.- 6 yanvar.- S. 11.