Tarix və mədəniyyətimizlə bağlı təbliğat əsas fəaliyyət istiqamətidir

 

   2016-cı il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın, eləcə də ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində əlamətdar il oldu.

   Bu fikirləri ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. Direktor deyib ki, dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işlərinin aparılması, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin, dünyalarını dəyişmiş tanınmış soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi Mərkəzin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Özbəkistan mediasında Azərbaycanla bağlı materialların verilməsi, birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda, həmçinin AMM-in təşəbbüsü ilə Özbəkistanda çap olunan kitabların təqdimatları, sərgilər 2017-ci ildə davam etdiriləcək.

   Diqqətə çatdırılıb ki, turizmə dair təbliğat işini gücləndirmək, özbək turistlərini ölkəmizə cəlb etmək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx ötən ilin noyabr ayından Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilir. Mədəniyyət mərifəttelekanalında yayımlanan videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhərinin görməli yerləri, arxitekturası, Bakı gecələri, Dənizkənarı Milli Park əksini tapıb. Videomaterialın musiqisindəQarabağ şikəstəsi”dən istifadə olunub.

   Mədəniyyət mərkəzinin təşəbbüsü ilə Qarabağ geyimlərinin maraqlı kompozisiyası yaradılaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib bu davam etdiriləcək. Kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid geyimləri, qadın kişi libasları daxil edilib.

   Qeyd edilib ki, Azərbaycanın tarixi, ermənilərin apardığı soyqırımı siyasəti haqqında da müxtəlif tədbirlər, Mədəniyyət mərkəzinin dərnəklərindəaçıq dərs”lər keçirilib, Azərbaycanın Quba şəhərində yaradılan Soyqırımı Memorial Kompleksinə virtual səyahət təşkil edilib.

   Ötən il AMM-in təşəbbüsü, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami GəncəvininXəmsə”si Olimcon Buriyevin tərcüməsi ilə toplu halında işıq üzü görüb. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində Nizami GəncəvininSirlər xəzinəsikitabı da nəşr olunub, “Leyli Məcnunpoeması tərcümə olunaraq çap üçün mətbəəyə təqdim edilib.

   AMM-in təşəbbüsü ilə özbək tarixçisi Şuxrat Salamovun rus dilindəTürküstan Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən QarabağadəkQarabağ: ideyalar müharibəsikitabları çap edilib, bu kitabların Bakıda Tbilisidə təqdimatları keçirilib. Xalq yazıçısı Anarın kitabı, “Azərbaycanın mədəni irsitoplusu özbək dilində işıq üzü görüb.

   Mərkəzin layihəsi iləBəxt üzüyü”, “Yol əhvalatıkinokomediyaları, habelə Azərbaycan cizgi filmləri özbək dilinə dublyaj olunub təqdimatları keçirilib, daimi şəkildə nümayiş etdirilməsi üçün Özbəkistan Dövlət Televiziyasına təqdim edilib.

   Hər il Mədəniyyət mərkəzi tərəfindən Özbəkistan mətbuatındaAzərbaycan haqqında ən yaxşı məqaləmüsabiqəsi keçirilir. Bu, yerli mediada Azərbaycan mövzusunu daim gündəmdə saxlamağa, ölkəmizin təbliğinə böyük imkanlar açır.

   Direktor Mədəniyyət mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində Azərbaycan pavilyonunun açılışı haqqında da məlumat verib. Bildirib ki, pavilyonda Azərbaycan mədəniyyəti ilə bağlı unikal stendlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan kəndlisinin ənənəvi evi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri nümayiş etdirilib, lavaş çörək bişirilməsi üçün təndir sərgiyə qoyulub. Sərgidə ölkəmizin turizm potensialına dair ayrıca bölmə də yaradılıb.

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 12.