Qədim tarix üzərində termal su qaynaqları

 

 Bu şəfaverici məkan günümüzə qədər bir çox mədəniyyətlərə şahidlik edib

  

   Ankara qədim tarixə malik şəhər olması ilə yanaşı, həm əski zamanlardan bəri termal sularla zəngindir. Belə bölgələrdən biri Haymanadır. Termal qaynaqlar üzərində müalicəvi hotellərin inşa edilməsi Haymananı bir turizm rayonuna çevirib. Bu barədə bir qədər sonra. Əvvəlcə bölgənin tarixinə nəzər salaq.

   Bu qədim məkan Hit, Finikiya, Fars, Roma-Bizans hakimiyyətlərinə şahidlik edib.

   Hit sivilizasiyasına aid Gavur qalası eramızdan əvvəl ikinci minilliyin tikilisidir. Hitlərdən sonra Haymana ətrafında finikiyalılar məskən salıb, sonra isə Ankara qal tayfalarının əsas mərkəzi olub. İmperator Avqustun dönəmində Roma hakimiyyətinə keçən Ankaranın qərbindəki termallar da elə o dönəmə aiddir. Romalılar bu bölgədən şəfa mərkəzi kimi istifadə ediblər.

   Orta əsrlərdə isə bizanslılar Ankara ətrafında yerləşiblər. O zaman bu ərazilər imperatorluq ordularının qışlıq yeri olaraq önəm qazanmışdı. Bu baxımdan Haymanada bir çox yerlərdə Bizans qalıqlarına rast gəlmək olar.

 

   Qurtuluş savaşının son qalası

  

   Haymana Roma imperiyasından sonra Türk-İslam mədəniyyəti ilə tanış olur, Səlcuq Osmanlı dönəmlərində bir türk məkanına çevrilir. Səlcuq tayfalarının burada qaldıqlarını sübut edən iki tarixi tikili var: Haymananın Kutluhan kəndinin yaxınlığındakı məscid Yenicə körpüsü. Yavuz Sultan Səlimin zamanında isə Haymana Osmanlı imperatorluğuna qatılaraq Ankara əyaləti içində öz adı ilə anılan bir bölgənin mərkəzi olur.

   Haymana Qurtuluş müharibəsi illərində mühüm bir hadisə ilə tarixə düşüb. Belə ki, 1921-ci ilin 23 avqustunda başlayan 1921-ci ilin 12 sentyabrına qədər davam edən Sakarya Meydan savaşından söz edərkən Haymananın strateji önəmini çevrəsindəki türk yunan ordularının çarpışmalarını anlatmadan keçmək mümkün deyil. 2015-ci ildə HaymanaSakarya Meydan Savaşı Tarixi Milli Parkıelan edilərək gələcək nəsillərə tarixi yaşatma fürsəti verir.

  

   Şəfa sularının tarixçəsi

  

   Haymana termalları şəfavericilik baxımından dünyanın ən öndə dayanan termal qaynaqlarında biridir. Hər il təxminən 200 min insan termal sularda şəfa əldə etmək məqsədilə Haymanaya gəlir. Burada termal sularda müalicə təklif edən hotellər inşa edilib. Haymana termalları bikarbonat baxımından zəngin, 44 dərəcə istilikdə bir sudur. İçərisində olan radioaktiv zənginlik isə xüsusilə oynaq əzələ xəstəlikləri, sinir sistemi, ürək-damar sistemi xəstəlikləri qadın xəstəlikləri üçün faydalıdır.

   Bu yerdə bir daha tarixə nəzər salıb onu demək olar ki, şəfalı suların insanlar tərəfindən istifadə olunması insanlıq tarixi ilə üst-üstə düşür. Anadoludakı şəfalı qaynaqlardan ilk istifadə edən qövmün etilər olduğu söylənilir. Qalların bu bölgəyəQalatiya Salutaris” (“İsti su mənbəyi”) adı vermələri təsadüfi deyil. 1990-cı illərdən isə Haymanada termal hotellər fəaliyyətə başlayıb.

  

   Turizm dünyasına qapı

  

   Ankaranın cənub-qərbində, şəhər mərkəzindən 73 km məsafədə yer alan Haymana termalları Fransanın Vişi termallarından sonra dünyada ikinci yerdədir. Haymananın termal suları haqqında geniş məlumat almaq məqsədilə hotellərdən birinə üz tutduq. Ankaradan avtomobillə 1 saatlıq məsafədə yer alan beşulduzluQrannostermal hoteli seçkin termal qaynağı, keyfiyyətli xidməti ilə fərqlənir. “Qrannos” adının mənası mifologiyada termalmineral su qaynaqları, spalar tanrısı deməkdir. Həyətdə Şəfa tanrısının heykəli qoyulub. Hotel sahibi Hacı Mehmet Şahinin sözlərinə görə, təsisin əsası 2011-ci ildə qoyulub və 2015-ci ildə isə açılış mərasimi keçirilib. Həmsöhbətim deyir ki, yüz illərdir bir çox xəstəliyə şəfa olan termal qaynaqların müalicəvi imkanları laboratoriya analizləri ilə təsdiqlənib. Təsis 215 otaq - ümumilikdə 600 yataq tutumuna malikdir.

   Termal hotel cəmi bir ildir fəaliyyət göstərməsinə baxmayaraq yerlixarici turistləri, Ankarada fəaliyyət göstərən əcnəbi diplomatik korpusun nümayəndələrini özünə cəlb edir. Hoteldə Mərakeş, Belçika, Almaniya, Sloveniyadan olan turistlərlə söhbət edərkən bəlli oldu ki, bəziləri ikinci dəfə buraya üz tutublar.

   Hotelə gələn turistlər üçün həm də Ankaranın, eləcə də Haymananın tarixi məkanlarına infoturlar düzənlənir ki, bu da onlarda böyük maraq oyadır. Müalicə və şəfa məkanının qədim tarixi irs ilə iç-içə olması bölgənin turizm özəlliyinin ikiqat artması deməkdir.

   

  Mehparə Sultanova

  Mədəniyyət.-2017.- 6 yanvar.- S. 12.