2017-ci il Azərbaycandaİslam həmrəyliyi ilielan edilib

 

 

 

   Prezident İlham Əliyev yanvarın 10-da 2017-ci ilin Azərbaycandaİslam həmrəyliyi ilielan edilməsi haqqında sərəncam imzalayıb.

   Sərəncamda deyilir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Bu, Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.

   Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i keçib. Məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri Gəncə şəhərindəkiİmamzadəkompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

   Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.

   Ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

   Vurğulanır ki, sərəncamın imzalanmasında məqsəd İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etməkdir.

   Sərəncamda Nazirlər Kabinetinə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.2.