Musiqi məbədindən elm məbədinə
AMEA-da musiqili lektoriya
Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Alimlər Evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Musiqi məbədindən elm məbədinə” adlı birgə layihəsi çərçivəsində Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqili lektoriya təşkil edilib.
Alimlər Evinin direktoru Nuridə Quliyeva layihənin musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirmək məqsədi daşıdığını söyləyib.
BMA-nın professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirə ilə çıxış edib.
Sonra
BMA-nın tələbə və məzunları
Ü.Hacıbəylinin yaradıcılığından
nümunələr səsləndiriblər.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.3.