Şelkunçikbaleti azərbaycanlı xoreoqrafın quruluşunda

 

 

 

   Yanvarın 14-15-də Sankt-Peterburq Dövlət Akademik Teatrının (Mariinsk Teatrı) Primorsk səhnəsində Pyotr ÇaykovskininŞelkunçikbaleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir.

   Eldar Əliyev Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationaletruppasına rəhbərlik edib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur. 2016-cı ildə Sankt-Peterburq Dövlət Akademik Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.3.