Rusiyalı aktyorların Bakıda “Amansız dərs”i
Fevralın
11-12-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
Rusiyanın aparıcı
teatr və kino aktyorlarının qastrol səfəri çərçivəsində Valentin Krasnoqorovun “Amansız dərs” pyesi əsasında hazırlanmış eyniadlı
tamaşa nümayiş
etdiriləcək.
Teatrın saytında yer alan məlumata
görə, tamaşanın
rejissoru Mixail Qorevoydur. Rolları Anastasiya Zadorojnaya, Oleq Fomin, Aristarx
Venes və Regina Myannik ifa edəcəklər.
Pyesin əsasında beynəlxalq rezonans doğurmuş real psixoloji eksperiment dayanır. Professorun rəhbərliyi altında iki tələbə elmi məqsədlərlə qadına əziyyət verir. Eksperimentdə iştirak personajların şəxsi münasibətlərinə də təsir edir. Kəskin süjet auditoriyanı daim gərgin vəziyyətdə saxlayır. Pyesə xüsusilə gənclər böyük maraq göstərir.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.4.