Milli Dram Teatrında “Ölülər”in növbəti
tamaşası
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı
2017-ci ildə sənətsevərləri
ilk olaraq “Ölülər”
tamaşası ilə
salamlayacaq. Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesi
əsasında hazırlanmış
eyniadlı tragikomediya
yanvarın 13-də nümayiş
olunacaq.
Tamaşaya teatrın direktoru
və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemət quruluş verib, rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin
elmi məsləhətçisi
akademik İsa Həbibbəylidir. Görkəmli bəstəkar, SSRİ Xalq
artisti Qara Qarayevin yarım əsr əvvəl “Ölülər” tamaşası
üçün yazdığı
musiqi yeni versiyada təqdim olunur. Xronometrajı 130 dəqiqə olan
tamaşada XX əsrin
əvvəlinə aid mənəvi
əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla
canlandırılır.
Bu dəfə
də “Ölülər”in
Şeyx Nəsrullahı
Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Anar Heybətov
olacaq. Digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar
artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova,
Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev,
Firuz Xudaverdiyev, Mirzə Ağabəyli və başqaları ifa edir.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.4.