“Yaşıl adam” fiziki qüsurlu uşaqlara nümayiş olunub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi məktəblilərin Yeni il tətili günlərində fiziki qüsurlu və valideyn himayəsindən məhrum olan uşaqlar üçün maraqlı tamaşa ilə çıxış edib.
Gənc rejissor Elşad Rəhimzadənin quruluşunda Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında səhnələşdirilən “Qrinç” (“Yaşıl adam”) tamaşası balacalar tərəfindən maraqla qarşılanıb. Sənət ocağı bu dəfə də ənənəsinə sadiq qalaraq tamaşanı xeyriyyə məqsədilə təşkil edib.
Tamaşada rolları Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.4.