“Evə aparan beş yol”
Brüsseldə
azərbaycanlı məcburi köçkünlər
haqqında fotosərgi
Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema
Gallery”də “Evə aparan beş
yol” adlı sərgi açılacaq.
Avropa Azərbaycan Cəmiyyətinin
saytında yer alan məlumata
görə, Xocalı
soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil
olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi
köçkünlərin fotoşəkilləri
nümayiş etdiriləcək.
Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə
cəlb etmək məqsədilə bütün
şəkilləri qara
arxa fonda
çəkib.
Sərgiyə qapalı baxış
fevralın 22-də olacaq.
Bu barədə əlavə məlumat üçün jonathan.lukas@teas.eu elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.5.