Ötən il
Naxçıvana 400 minə
yaxın turist gəlib
Azərbaycanın hər bir bölgəsinin məxsusi
turizm potensialı var.
Son illər yaradılan
yeni turizm infrastrukturu ölkəmizə
üz tutan xarici turistlərin də sayının artmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikasının
ərazisi də turizm potensialı baxımından zəngindir.
Muxtar respublika ərazisində də müasir hotellər və istirahət mərkəzləri
tikilir, turistlərin rahat istirahəti üçün şərait
yaradılır. Bunun nəticəsidir
ki, Naxçıvana gələn turistlərin sayı ildən-ilə artır.
Muxtar respublikanın Dövlət
Statistika Komitəsinin
məlumatına görə,
2016-cı ilin yanvar-noyabr
aylarında bölgəyə
368 min 845 nəfər turist
səfər edib.
İl ərzində muxtar respublikaya gələn turist sayı isə 403 minə yaxındır. Bu 2015-ci ilə nisbətən 5 faizədək artım deməkdir.
Naxçıvanın qədim tarixi
və müasir inkişafı, zəngin təbii ehtiyatları, unikal müalicə məkanları, mövcud turizm infrastrukturu turistlərin sayının
ildən-ilə artmasına
səbəb olub.
Əgər 2001-ci ildə muxtar
respublikada 5 mehmanxana,
317 yer var idisə, bu gün yerləşdirmə
obyektlərinin sayı
21, yer sayı 1400-dən
çoxdur.
Naxçıvanda
Badamlı, Sirab və Darıdağ mineral
su ehtiyatları kimi 200-dən çox
mineral və müalicəvi
su mənbəyi, təbii duz mağaraları, Şahbuz
rayonu ərazisində
yerləşən şirinsulu
Batabat gölü kimi təbii mənzərələr mövcuddur.
Eyni zamanda tarixi abidələrlə zəngin
olan Naxçıvanda
“Əshabi-Kəhf” kimi
ziyarətgah da yerləşir. “Əshabi-Kəhf” təkcə
ziyarətgah deyil, həm də Azərbaycanda yerləşən
ən qədim tarixi abidələrdən
hesab olunur. Müqəddəs “Qurani-Kərim”də
də adı keçən bu ziyarətgaha islam
ölkələrindən olan
turistlərin xüsusi
marağı var.
Bütün bunlar Naxçıvanda
sağlamlıq turizmi,
ekoturizm və mədəni turizm kimi ən müxtəlif
turizm növlərinin
daha da inkişaf
etdirilməsi imkanlarının
çoxşaxəli olduğunu
göstərir.
Dekabrın 29-dan Naxçıvan-Təbriz-Tehran-Məşhəd
beynəlxalq sərnişin
qatarının fəaliyyətə
başlaması qonşu
ölkədən bölgəyə
gələn turist sayının artmasına da müsbət təsir göstərəcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.9.