"ASAN Vizatam rejimdə fəaliyyətə başladı

 

 

 

   2016-cı il dekabrın 16-da təqdimatı keçirilən və test rejimində fəaliyyət göstərən "ASAN Viza” portalı (evisa.gov.az) yanvarın 10-dan tam rejimdə istifadəyə verilib.

    PortalElektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN vizasisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində yaradılıb. Məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Portalın üstünlüyü ondan ibarətdir ki, əcnəbilər evlərindən çıxmadan, onlayn rejimdə müraciət edərək viza əldə edə bilirlər.

   “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, test rejimində fəaliyyət göstərdiyi müddətdə “ASAN Viza” portalı vasitəsilə 500-dək çox əcnəbi elektron viza əldə edib.

   Qeyd edək ki, ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 günü müddətində onun elektron poçt ünvanına göndərilir. Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunurheç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

   Dekabrın 28-də Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edərkən “ASAN Vizasisteminin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, “ASAN Xidmət”in coğrafi əhatəsi genişlənir, funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan 6-sı bölgələrdə yerləşir. 2017-ci ildə Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Eyni zamanda Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq. “ASAN Vizabu sahədə növbəti addımdır: “ASAN Viza”nın yaradılması zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN Viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta “ASAN Viza” hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək”.

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.9.