Qubada XVIII əsrə aid gümüş sikkələr
tapılıb
Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb. Qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb. E.Zeynalov pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.
Tarixçi
Anar Murquzov tapılan metal pulların Quba
xanlığı dövründə tədavüldə olan gümüş sikkələr
olduğunu bildirib.
Pulların tapıldığı ərazi Quba
şəhərinin mərkəzində olduğundan
qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi
ehtimal edilir. E.Zeynalov həyətindən bundan
əvvəl də saxsı materialların
aşkarladığını bildirib. Quba sakini
tapdığı qədim sikkələri muzeyə təqdim
edəcək.
Mədəniyyət.-2017.- 11 yanvar.- S.15.