Pantomima Teatrında “Underground”
Yeraltı
dünyada baş verənlər səhnəyə
çıxır
Yanvarın 21-də Azərbaycan
Dövlət Pantomima Teatrının səhnəsində yeni səhnə
əsərlərindən olan “Underground” tamaşası
nümayiş olunacaq.
Tamaşada teatrın bütün yaradıcı kollektivi iştirak edəcək. Quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edirlər.
Tamaşa
aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən
proseslərdən, insanın qarşılaşdığı
problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.
Mədəniyyət.- 2017.- 11
ynavar.- S.10.