Azərbaycanlı tenor
Moskva səhnəsində
“Don Karlos”da
əsas partiyanı ifa edəcək
Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.
Teatrın saytında verilən xəbərə görə, tamaşanın iki nümayişində (23 və 25 mart) Don Karlos obrazını azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.
Yusif Eyvazov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.
Karyerasına
İtaliyanın teatr və konsert zallarında başlayan
Y.Eyvazov 2008-ci ildə Milanda
Opera Müğənniləri Beynəlxalq
Müsabiqəsinin Qran-pri mükafatına
layiq görülüb,
2012-ci ildə Bakıda Vokalçıların Bülbül
adına VI Beynəlxalq Müsabiqəsinin qalibi
olub. O, Cüzeppe
Verdinin “Traviata”, “Bal-maskarad”, “Nabukko”, “Riqoletto”, Cakomo Puççininin “Bohema”,
“Toska”, Jorj Bizenin “Karmen”, Qaetano Donisettinin “Lüçiya di Lammermur” operalarında yaddaqalan
obrazlar yaradıb. Vokalçının
adı “Dünyanın ən yaxşı tenorları”
kitabına daxil edilib.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.5.