Azərbaycanlı musiqiçilər Rusiya Böyük
Teatrında çıxış edəcəklər
Fevralın 2-də Rusiya Böyük Teatrında nümayiş olunacaq Cüzeppe Verdinin “Traviata” operasında azərbaycanlı ifaçılar da çıxış edəcək.
Səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva, Jorj Jermon obrazını Əməkdar artist Elçin Əzizov oynayacaq. Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib.
E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta”
və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun
“Çar gəlini”, Jorj Bizenin “Karmen”,
Cüzeppe Verdinin “Don Karlos” və digər operalarda yaddaqalan obrazlar yaradıb.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.4.