Azərbaycanda alman tarixinin mədəni izləri

 

 

   2017-ci ildə alman icmasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşmasının 200 ili tamam olur. Almaniya, Azərbaycan Gürcüstanın təşəbbüsü ilə bu tarix UNESCO-nun 2017-ci il yubileylər proqramına salınıb. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixdəCənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqındasərəncam imzalayıb. Sərəncamda alman məskənlərinin 200 illiyinin Azərbaycanın çoxəsrlik ənənələrə malik tolerantlıq məkanı kimi təbliğində önəmi bu yubileyin qeyd olunmasının əhəmiyyəti vurğulanır.

   Azərbaycanda zaman-zaman müxtəlif xalqların nümayəndələri məskən salıb. XIX əsrin əvvəllərində Avropadan, Vürtemberq krallığından köç edərək Azərbaycanda məskunlaşan alman icması da tarixdə izlər qoyub. 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki Göygöl şəhəri) salındı. Sonrakı dövrlərdə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonları ərazisində Annenfeld, Qeorqsfeld, Qrünfeld, Eyqenfeld, Traubenfeld - ümumilikdə 8 alman koloniyası yaranmışdı. Sənayedə təsərrüfatda yaxşı mütəxəssis olan almanlar bu münbit torpaqlarda yeni həyata başlayırlar. Onlar tərəfindən inşa edilən körpülər, müxtəlif tikililər, şərab zavodları indiyədək qalır. 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlayandan sonra Volqaboyu, Krım Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan almanlar Qazaxıstan Sibirə deportasiya olunublar. Ötən əsrin 50-80-ci illərində isə alman icmalarının çoxu sovetlər ölkəsini tərk edərək tarixi vətənlərinə qayıdıblar.

   Azərbaycandakı alman icması mədəni həyatda da bir çox izlər qoyublar. Onlar yerli əhali ilə qaynayıb-qarışaraq, tolerant mühitdə yaşamaqla bərabər öz adət ənənələrini yaşadıblar. Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri, kilsə (lüteran kirxası) digər tikililər Azərbaycanda alman memarlığının nümunələridir. Göygöldə 1857-ci ildə tikilmiş alman kirxası bu gün şəhərin rəmzidir. Şəmkirdə 1900-cü ildə tikilən kirxa da günümüzədək öz əzəmətini saxlayıb.

   Azərbaycanda alman irsinin qorunması, təbliği üzrə müxtəlif tədbirlər təşkil olunur. 2017-ci ildə qeyd olunacaq yubiley tədbirləri çərçivəsində Gədəbəy rayonundaSimens qardaşlarımuzeyinin, Göygöldə qədim alman evləri üslubunda hotelin, Alman irsi muzeyinin (Göygöldə 2006-cı ildə vəfat etmiş sonuncu alman Viktor Klaynın ev-muzeyi əsasında), Şəmkirdə alman irsi mərkəzinin yaradılması planlaşdırılır.

   Bununla yanaşı almaniyalı kinematoqrafçılar Cənubi Qafqazda alman tarixi mövzusunda sənədli film üzərində işləyirlər. Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi layihəyə dəstək verir, ötən müddətdə nazirlikdə bununla bağlı bir neçə dəfə görüşlər keçirilib. Layihə Azərbaycanın turizm sektorunun (alman irsinin mədəni turizm baxımından təqdimatı) təbliğinə əlavə zəmin olacaq.

   İki xalq arasında mədəni tarixi dostluğu indiyədək lentə alınan sənədli bədii filmlər təsdiq edir. "Uzaq Qafqaz ümidi - Azərbaycanda alman izləri" sənədli filmində bunun şahidi oluruq. Film Azərbaycanın "Salnamə" studiyası Almaniyanın "Züdost" informasiya agentliyinin birgə istehsalıdır. Alman dilində hazırlanmış filmin rejissoru Mojkan Ehraridir. Alman-Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış "Azərbaycan-alman dostluq əlaqələri" sənədli filmində Drezdendə saxlanılan "Dədə Qorqud" eposunun əlyazması, Mirzə Şəfi Vazehin Fridrix Bodenştedtlə dostluğu, Leypsiq Kitabxanasında Azərbaycana dair kitablar, Berlin İncəsənət Muzeyində saxlanılan qədim musiqi alətləri antik geyimlər lentə alınıb. Ekran əsərində almanların Azərbaycanda məskunlaşma tarixindən bəhs edilir. Göstərilir ki, Azərbaycanda məskunlaşan alman icmalarına həmişə xüsusi qayğı göstərilmiş, onların mədəniyyətinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılmışdır.

   Xalq artisti, kinorejissor Oqtay Mir Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filmi Azərbaycan ərazisində yaşayan almanlardan bəhs edir. Film "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır. Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 11 yanvar.- S.11.