Əlilliyi olan insanlar
üçün teatr
Yanvarın 9-da
A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində
fəaliyyət göstərən
“İcma Teatrı”nın
təqdimatı olub.
Layihə Cənubi Qafqaz
üzrə İsveçrə
Əməkdaşlıq Təşkilatının
dəstəyi ilə həyata keçirilən
“Cənubi Qafqazda
regional mədəniyyət və incəsənət”
layihəsi çərçivəsində
reallaşıb.
Yeni yaradılan teatr
yaşından asılı
olmayaraq əlilliyi olan istedadlı insanlar üçün nəzərdə tutulub.
Layihənin rəhbəri - Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov bildirib ki, təqdim olunan teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadır. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunan tamaşa səhnəcikləri üç ay sürən məşqlər zamanı ərsəyə gəlib. Teatrın yaradılmasında məqsəd əlilliyi olan insanları vahid sənət ocağı ətrafında birləşdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, istedadlarının üzə çıxarılmasında dəstək olmaqdır. Xronometrajı bir saat olan səhnəciklər maraqla qarşılanıb.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.12.