Sevgi şərbəti”nin növbəti nümayişi

 

 

   Yanvarın 21-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Qaetano DonisettininSevgi şərbəti” operası təqdim olunacaq.

   Dünya opera sənətinin ən dəyərli nümunələrindən sayılan səhnə əsərində Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak iştirak edəcək.

   Bununla yanaşı, rolları OperaBalet Teatrının aparıcı solistləri - əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Səbinə Əsədova və Cahangir Qurbanov canlandıracaqlar. Orkestrə beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək.

   Qeyd edək ki, operanın ilk nümayişi 1832-ci ildə Milanda baş tutub. 2013-cü ildə isə opera Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında səhnəyə qoyulub.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.3.