Əməkdar artistin Parisdə növbəti konsert proqramı
Yanvarın 24-də Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində Əməkdar
artist, pianoçu və
bəstəkar Emil Əfrasiyabın
caz konserti keçiriləcək.
Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı çərçivəsində reallaşacaq. Bu barədə sənətçi özü məlumat verib.
Emil
Əfrasiyab Azərbaycanın yeni nəsildən
olan aparıcı caz
ifaçılarındandır. Onun
yaradıcılığında Azərbaycan muğamı ilə
cazın sintezi üstünlük
təşkil edir. Əsərlərində
klassik musiqidə rast
gəlinən harmoniya və ritmlər xüsusi yer tutur.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.4.