“Misgərlik maddi mədəni irsimizdir

 

 

 

   Layihə çərçivəsində “forum-teatrüslubunda tamaşalar göstərilib

  

   Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Yeniliyə Doğru Gənclər Fondu İsmayıllı rayonunun Lahıc qəsəbəsində “Misgərlik maddi mədəni irsimizdir!” adlı layihə həyata keçirib.

   Layihənin məqsədi gənclərin yaradıcılıq potensialından istifadə edərək Azərbaycanın qədim misgərlik sənətini təbliğ etməkdir.

   Misgərlik çətin və zəhmətli sənət növüdür. Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir. Ölkəmizdə misgərliyin beşiyi sayılan Lahıcda vaxtilə bu sənət uzun illər ərzində yaşadılıb. Azərbaycanda dövlət səviyyəsində qədim sənət növlərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önəm verilir. Bunun nəticəsidir ki, Lahıc misgərlik sənəti 3 dekabr 2015-ci il tarixdə UNESCO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

   Layihə çərçivəsində Lahıc qəsəbəsində gənclərin iştirakı ilə “forum-teatrüslubunda tədbir və misgərlərin əl işlərindən ibarət fotosərgi təşkil olunub. Forum-teatrda 25 gənc tərəfindən “Ustaonun şagirdləri”, “Misgərlik sənəti zirvələri fəth edir”, “Toxuculuq - Lahıc xalçaçılıq sənəti”, “Misgər və onun övladları” və “Mis qabların məişətdə istifadəsi və sağlamlığımıza xeyri” mövzularında 5 tamaşa səhnələşdirilib.

   Qeyri-formal təhsil metodlarından biri hesab olunanforum-teatr” formatı - gənclərin yaradıcılıq bacarıqlarını inkişaf etdirir və biliklərini artırır. Gənclər iştirak etdiyi rollar vasitəsilə digər gənc dostlarını məlumatlandırır, maarifləndirir və asudə vaxtlarını səmərəli keçirirlər.

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.5.