“Stullar” yenidən səhnəyə
çıxacaq
Yanvarın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqı «Zəfər» studiyasının Mustafa Mərdanov səhnəsində Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın növbəti nümayişi olacaq.
Teatr Xadimləri İttifaqından bildirilib ki, üç personajın rol aldığı səhnə əsəri rejissor İlkin Mehdiyevin quruluşunda təqdim olunacaq. Əsas rolları xalq artistləri Rafiq Əzimov və Həmidə Ömərova oynayırlar.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətdir. Ötən saylarımızda haqqında ətraflı bəhs etdiyimiz səhnə əsərində iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. Tamaşanın qəhrəmanı olan iki qarı və qoca reallıqda yaşamır, uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa davam etdiyi müddətdə səhnədə saysız-hesabsız stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmetə deyil, tamaşanın qəhrəmanına çevrilir.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.5.