Bilik elmi metodika bir araya gələndə

 

 

 

   Əməkdaşlıq memorandumu imzalanıb

  

   Yanvarın 11-də Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.   

   Bilik Fondunda keçirilən mərasimdə çıxış edən qurumun icraçı direktoru Oktay Səmədov reallaşdırılan layihələr, yerli beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısının müvafiq fərmanı ilə 2014-cü ildə yaradılan Bilik Fondu qısa müddətdə ictimai-siyasi, mədəni, həmçinin təhsil tədrislə bağlı müxtəlif layihələrə imza atıb. Fondun respublikanın beş rayonunda Bilik evi fəaliyyət göstərir, müxtəlif peşələr, dillər, kompüter texnologiyaları üzrə təlimlər keçirilir. Bilik Fondu tərəfindən hazırda dörd proqram üzrə 21 layihə həyata keçirilir.

   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev diqqətə çatdırdı ki, memorandumun imzalanmasının əsas məqsədi respublikamızda fəaliyyət göstərən müxtəlif sahələrin əməkdaşları üçün mühazirə təlimlər, prioritet istiqamətlərdə maarifləndirici tədbirlər təşkil etməklə vətəndaşlarımızın bilik bacarıqlarını artırmaqdır. Həmçinin onların daha kreativ bilikləri mənimsəmələrinə nail olmaq, Azərbaycan mədəniyyətinin tədqiqi təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması inkişaf etdirilməsi istiqamətində elmi-metodik araşdırmalara dəstək verməkdir.

   Mərkəzin fəaliyyət istiqamətlərindən söz açan direktor əlavə etdi ki, strukturda aparılan islahatlar Mədəniyyət Turizm Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Bu istiqamətdə görülən işlərin əsas məqsədi fəaliyyətin təkmilləşdirilməsi, müasir üsulların tətbiqi mədəniyyət sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir.

   Direktor son bir ildə həyata keçirilən layihələr, beynəlxalq əlaqələr, regionlarda aparılan işlər haqqında məlumat verdi.

   Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əməkdaşlığa dair anlaşma memorandumunu imzaladılar.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.6.