Naftalanda turist
sayında müstəqillik dövrünün
ən yüksək göstəricisi qeydə alınıb
2016-cı ildə Naftalanın kurort-sanatoriya və turizm mərkəzləri 54 ölkədən turist qəbul edib. Həmin mərkəzlərdə 25 min turist istirahət edib, yaxud müalicə alıb. Bu isə ölkəmiz müstəqillik əldə etdikdən indiyədək Naftalanda qeydə alınan ən yüksək göstəricidir.
Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son illər şəhərdə turizmin sağlamlıq, istirahət-əyləncə sahələrinin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən hotellər, təklif olunan xidmətlər, münasib qiymətlər turistlərin sayına müsbət təsir göstərib.
Şəhərə gələn turistlərdən 5 min 200 nəfəri xaricilər olub. Rusiya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və İsraildən olan turistlər çoxluq təşkil edib. Həmçinin ötən il ilk dəfə olaraq Cənubi Amerika, Avstraliya, Afrika və Uzaq Şərq ölkələrindən də turistlər qəbul edilib.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.9.