Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları
Peşəkar kinematoqrafçılar gənclərə
təlimlər keçəcək
“CİNEMA” Gənc
Kinematoqrafçılar Mərkəzi
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə
start verib. Mərkəzin sədri Fehruz
Şamıyev bildirib ki, gənc kinematoqrafçılar
audiovizual məhsulların
istehsalında yaxından
iştirak edə bilmirlər. Daha çox
həvəskar xarakterli
məhsulların ortaya
çıxması bu
sahədə çalışan
gənclərin yetərincə
biliklərə sahib olmamasının
göstəricisidir. Sözügedən layihə çərçivəsində
peşəkar mütəxəssislərin
iştirakı ilə
təlimlər təşkil
olunacaq.
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları,
beynəlxalq festivallarda
iştirak və onların kateqoriyaları,
həmin festivallara qatılmağın yolları,
onlarda iştirak edə biləcək müəllif filmlərinin
istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti
barədə ətraflı
məlumat əldə
edə biləcəklər.
Lalə
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.12.