Xocalı soyqırımının 25-ci
ildönümünə həsr olunmuş
rəsm müsabiqəsi
1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımının 25-ci ildönümü ilə bağlı rəsm müsabiqəsinə start verilib.
“Xocalı” adlı rəsm müsabiqəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini xocali25@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi 20 fevraldır.
Müsabiqənin
nəticələri fevralın 27 və 28-də İçərişəhərdə
Kiçik qala 105
ünvanında açıq səma altında gerçəkləşəcək
sərgi çərçivəsində elan
olunacaq.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.16.