TÜRKSOY-da Xoca Əhməd Yasəviyə həsr olunmuş konfrans

 

 

 

   Yanvarın 19-da Ankarada, TÜRKSOY-un baş katibliyində “Türk dünyasının öncülləri” silsiləsindən Xoca Əhməd Yasəviyə həsr olunmuş konfrans keçiriləcək. Elm və mədəniyyət xadimlərinin qatılacağı konfransın əsas məruzəçisi Qazaxıstanın Türkistan şəhərindəki Türk-Qazax Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız olacaq. Tədbirin təşkil olunmasında məqsəd ortaq türk mədəniyyətinə xidmət etmiş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır.

   Xatırladaq ki, türk dünyasının qədim şəhəri, böyük mütəfəkkir Xoca Əhməd Yasəvinin vətəni olan Türkistan şəhəri 2017-ci il üzrə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. Bu barədə qərar 2016-cı il dekabrın 1-də TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının Şəkidə keçirilən 34-cü toplantısında qəbul olunub.

   Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir Xoca Əhməd Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Yasəvinin vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya irs siyahısına daxildir. UNESCO 2016-cı iliXoca Əhməd Yasəvi ilielan etmişdi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.2.