“İçərişəhər” Hindistanda növbəti festivalda
“İçərişəhər” bədii filmi 20-26 yanvar tarixlərində Hindistanın Mumbay şəhərində keçiriləcək 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film 2016-cı ildə bir sıra festivallarda təqdim olunub. Ekran əsəri hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.
Psixoloji
dram janrında lentə alınan filmin ssenari müəllifləri
Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu
rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri
Ülvi Qasımov, prodüseri
Müşfiq Hətəmovdur. Rolları Təhminə
Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki,
Elmira Şabanova və
digərləri canlandırırlar.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.2.