Milli Dram Teatrında “Almaz” tamaşasının
premyerası
Yanvarın 21 və 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası
olacaq.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi
Əməkdar incəsənət
xadimi Əli Əmirli, elmi məsləhətçisi AMEA-nın
müxbir üzvü,
professor Nizami Cəfərovdur. Tamaşanın bədii rəhbəri
Xalq artisti Azərpaşa Nemət, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Almaz rolunu Əməkdar artist Məsmə
Aslanqızı canlandıracaq. Digər
rolları xalq artistləri Nurəddin
Mehdixanlı, Rafiq Əzimov, Hacı
İsmayılov, Firəngiz Mütəllimova, əməkdar
artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur,
Əjdər Həmidov, Ayşad Məmmədov,
Elşən Cəbrayılov və başqaları ifa edəcək. C.Cabbarlının “Almaz” pyesinin ilk tamaşası
1931-ci il aprelin 13-də olub.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.2.