“Yarımçıq qalmış...”
Şəhid
heykəltəraş Samir Kaçayevin
xatirəsinə həsr olunmuş tamaşa hazırlanır
Gənc Tamaşaçılar Teatrında daha bir səhnə əsərinin məşqləri start götürüb. Yaradıcı heyət Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” əsəri əsasında eyniadlı tamaşa hazırlayır. Əsər 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr edilib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Əsas
obrazları əməkdar artistlər Leyli
Vəliyeva, Elşən Rüstəmov, Rasim
Cəfərov, aktyorlar Elnur
Kərimov, Bəhram Həsənov, Günel
Məmmədova, Asya Atakişiyeva,
Səbinə Məmmədova, Zemfira
Əbdülsəmədova, Elnur Hüseynov və başqaları
canlandıracaq.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.3.