Bakı Musiqi AkademiyasındaOperArtlayihəsi təqdim olunub

 

 

 

   Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının Opera studiyasının “#BakuOperArtlayihəsinin təqdimatı olub.

   Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova çıxış edərək opera sənətinin tarixindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, sevdirmək bu sənətə diqqət cəlb etməkdir.

   Layihə çərçivəsində italyan fransız bəstəkarlarının operalarından parçalar səsləndiriləcək. Onlar Bakıda az səhnələşdirilmiş operalardır. Həmçinin, Bakıda 40 ildən çoxdur səhnələşdirilməyən Şarl Qunonun “Faust” operasından bütöv akt nümayiş ediləcək.

   Sonra ifalar təqdim edilib. Proqramda Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundovbaşqa solistlərin çıxışları ilə yanaşı, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə xor nömrələri də yer alıb. Konsertlərin bədii rəhbəri Xalq artisti, professor Fəxrəddin Kərimovdur.

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.5.