“Ay lolo
və ya moskvalı gəlin”
Lənkəran
teatrında yeni tamaşanın məşqləri
başlanıb
Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında
yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı
gəlin” adlı komediyasının məşqlərinə
başlanılıb.
Səhnə əsərində hadisələr keçmiş
sovetlər dövründə
cərəyan edir.
Moskvada ordu sıralarında
xidmət edən Güləli Vətənə
qayıdarkən özü
ilə Nataşa adlı bir qız
da gətirir. Güləli
anasının rus gəlinini qəbul etmədiyini gördükdə,
o, Nataşanı etnoqraf
tələbə kimi qələmə verir.
Bunun hiylə olduğunu
başa düşən
Güləlinin anası
Nataşaya qəsdən
elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. O, hətta
cindar Mircəfərin
köməyindən də
yararlanır, ondan, dərviş Məstəli
şah Parisi dağıtdığı kimi,
Moskvanı dağıtmağı
xahiş edir...
Tamaşanın quruluşçu rejissoru
Əməkdar artist Adil
Zeynalov, rejissoru
Əlibala Əsgərov, quruluşçu
rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.10