Bərdədə regional idarənin
seminar-müşavirəsi
Yanvarın 12-də Bərdə Regional Mədəniyyət və
Turizm İdarəsinin
(Yevlax və Mingəçevir şəhərləri,
Bərdə və Tərtər rayonlarını
əhatə edir) təşkilatçılığı ilə seminar-müşavirə
keçirilib. Bərdə rayon Mədəniyyət mərkəzində
gerçəkləşən seminar-müşavirə ötən
ilin yekunlarına və cari ildə
qarşıda duran vəzifələrin icrasına
həsr olunub.
Tədbirdə Bərdə Regional Mədəniyyət və
Turizm İdarəsinin,
rayon Mədəniyyət mərkəzinin
filiallarının və
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak
edib.
Tədbirdə
çıxış edən
Bərdə Regional Mədəniyyət
və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ötən il
ərzində görülən
işlərdən və
2017-ci ildə həyata
keçiriləcək tədbirlərdən
danışıb. Bildirib ki,
son illər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
bölgələrimizin siması
ildən-ilə dəyişir,
şəhər və
rayonlarda digər sahələr kimi, mədəniyyət və
turizm də inkişaf edir.
Tədbirdə həmçinin ötən
ildə mədəniyyət
müəssisələrinin fəaliyyəti və mövcud vəziyyəti müzakirə edilib.
Sonra 20 Yanvar faciəsinin 27-ci ildönümü və 2 fevral
- Azərbaycan Gəncləri Günü
münasibətilə Bərdə Regional
Mədəniyyət və Turizm İdarəsinə
daxil olan mədəniyyət
müəssisələrində təşkil olunacaq
tədbirlər haqqında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.11.