"Tarixləşən
yaddaşımız"
Füzuli Dövlət Dram
Teatrında 20 Yanvara həsr olunmuş tamaşa
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Tarixləşən yaddaşımız" adlı poetik faciə hazırlanıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada 20 Yanvar şəhidləri İlham və Fərizə, Larisa, İlqar, Ülvi və digər faciə qurbanlarının obrazı canlandırılıb, onların şəhidlik tarixçəsi, keçdiyi həyat yolu səhnələşdirilib.
Tamaşa yanvarın 15-dən etibarən rayonun kənd və qəsəbələrində nümayiş olunur.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.11.