“Xarı bülbül”
Qusar teatrının səhnəsində
Tamaşada 20 Yanvarda
xalqımızın yaşadığı faciə öz əksini tapıb
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edəcək.
Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapacaq.
Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. 50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.
Bir
aya yaxındır məşqləri gedən
tamaşa yanvarın 19-u və 20-si Qusar Mədəniyyət Sarayının səhnəsində
nümayiş etdiriləcək.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S. 11.