Azərbaycanlı artist “Cəvahirat” baletində
Brilyant qaşa aid partiyanı ifa edəcək
Fevralın 16-da Sankt-Peterburqda xoreoqraf Corc Balançinin “Cəvahirat”
baleti nümayiş etdiriləcək.
Sankt-Peterburq
Dövlət Akademik Mariinsk Teatrının ikinci səhnəsində nümayiş olunacaq baletdə brilyant qaşa aid partiyanı həmvətənimiz Timur
Əsgərov təqdim
edəcək.
Corc Balançin üç
hissədən ibarət
bu baletdə zümrüd qaşların
partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında
Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr
ümumi ideya ətrafında birləşir
və əsl mənasını yalnız
bütöv halda kəsb edir. Balet artistlərinin kostyumları,
o cümlədən zümrüd
qaşların yaşıl
rəngdə uzun ətəkləri, yaqutların
müvafiq qaşın
rəngində qısa
ətəkləri, brilyantların
şəffaf parçadan
klassik ətəkləri
üç mədəniyyəti,
üç balet dövrünü, üç
növ balet artisti görkəmini təcəssüm etdirir.
Əsərin dünya premyerası
1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.12.