“Mədəniyyət.AZ” jurnalının
növbəti sayında
“Mədəniyyət.AZ” jurnalının ötən il üçün son sayı maraqlı yazılarla oxucuların ixtiyarına verilib.
“Könlüm keçir Qarabağdan” qeydlərində düşmən işğalında qalan ərazilərimizdə tarixi-mədəni irsə qarşı törədilən vandallıq aktlarından ürək ağrısı ilə söhbət açılır.
“Nəsiminin şəxsiyyəti: tarixi qaynaqlar işığında”, “Söz mülkünün Xaqanı” araşdırmaları və “Şopenin sonatası” hekayəsi ədəbiyyatsevərlərin ixtiyarına verilir.
Jurnalda korifey sənətkarımız, Xalq artisti Nəsibə Zeynalovanın yaradıcılığına səyahətlə yanaşı (“Düşüncəli etüdlər, yaxud Nəsibə Zeynalova sənətkarlığının estetik özəllikləri”), V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi ilə ölkəmizə qastrola gəlmiş tanınmış aktrisa Yevgeniya Simonovanın müsahibəsi ilə də tanış ola bilərsiniz.
“Bu kino ki var...” rubrikası yenə də həmişəki kimi zəngindir. “Arşın mal alan”ın ekran yolu”, “İstintaq davam edir-50” və Azərbaycan Dövlət Film Fondunun fəaliyyətindən bəhs edən “Milli kino tariximizin mühafizi”, paytaxtımızda çəkilən dünya kinosu incilərindən danışan “Bakı əcnəbi filmlərdə” yazıları həmin bölmədə yer alıb.
Jurnalın
bu sayında həmçinin görkəmli
bəstəkar, professor Oqtay
Rəcəbov, tanınmış fırça ustası, Xalq rəssamı Maral Rəhmanzadə,
peşəkar rəqqas, maraqlı kompozisiyalar
quruluşçusu Fərhad Vəliyev
haqqında məqalələrdə sənət
adamlarının həyat və yaradıcılığı
diqqətlə araşdırılıb, istiqlal
aşiqi Ceyhun
Hacıbəylinin portret cizgiləri
canlandırılıb.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.13.