“Azərbaycan ədəbiyyatı
antologiyası" ikicildliyi çapdan çıxıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzü bəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.
Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.14.